"Qarabağ"ın oyunu gələn ilə təxirə salındı
Azərbaycan Premyer Liqasının V turundan təxirə salınmış "Qarabağ" – "Səbail" görüşünün keçiriləcəyi tarix müəyyənləşib.
BiG.AZ-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, oyun 8 fevral 2021-ci ildə baş tutacaq.
Qarşılaşma Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlara daha yaxşı hazırlaşması məqsədi təxirə salınmışdı. Komanda oktyabrın 10-da Monteneqroya 2:0 hesabı ilə uduzub və 3 gün sonra Kiprlə qolsuz heç-heçə edib.
BiG.Az


İdman Baxılıb: 954 Tarix: 21 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş