Tural Müseyibov Dövlət Dəniz Agentliyindəki vəzifəsindən AZAD EDİLDİ

Tural Müseyibov Dövlət Dəniz Agentliyindəki vəzifəsindən AZAD EDİLDİDövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov tutduğu vəzifədən azad edilib.

BiG.AZ Modern.az-a istinadən xəbər verir ki, bu barədə onun özü bildirib. T.Müseyibov artıq 1 həftədir Agentlikdən ayrıldığını qeyd edib. O, tezliklə yeni işi ilə bağlı açıqlama verəcəyini də bildirib.

Qeyd edək ki, T.Müseyibov dünəndən başlayaraq Facebook sosial şəbəkəsində çoxsaylı qınağa tuş gəlib. O, Qarabağ döyüşlərində şəhid olmuş Şaiq adlı əsgəri təhqir etməkdə suçlanır.

Məsələylə bağlı açıqlama verən T.Müseyibov isə fikirlərinin yanlış anlaşıldığını deyib:

"Yazırlar ki, guya, şəhidi təhqir etmişəm. Mən necə belə edə bilərəm? Mən şəhid olan əsgərimizin adının hansısa bir axmaq təşkilata bağlanmasına etiraz etmişəm. Yaxşı oxusunlar. Mən şəhidin LGBT üzvü olmasının qabardılmasının əleyhinəyəm"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2361   Tarix: 20 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş