Sabahdan Suqovuşana gedən avtomobil yollarının bərpasına başlanılır - AÇIQLAMA

Sabahdan Suqovuşana gedən avtomobil yollarının bərpasına başlanılır - AÇIQLAMAAzərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

BiG.AZ xəbər verir ki, bu barədə məlumatı Sonxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. Bildirilib ki, ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə sabahdan start veriləcək:

"Düşmən tərəfindən işğal nəticəsində həmin yollar sıradan çıxmışdı. Hələ ötən əsrin 70- ci illərində Ulu öndər Heydər Əliyevin göstərişi əsasında həmin yollar Suqovuşan su anbarı və Talış kəndi istiqamətində çəkilmişdi. Qısa müddətdə çalışılacaq ki, həmin yollar bərpa olunsun".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1064   Tarix: 20 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş