Gəncə terrorunda nitqini itirən iki yaşlı Nilay danışdı - VİDEO

Gəncə terrorunda nitqini itirən iki yaşlı Nilay danışdı - VİDEOOktyabrın 11-i gecə saatlarında erməni terroru nəticəsində atası, anası və nənəsini itirən, möcüzə nəticəsində sağ qalan Nilaydan xəbər var.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, terror hadisəsində nitqində problem yaranan Nilay psixoloji dəstək nəticəsində artıq danışa bilir. Bu barədə "Təmiz Dünya" ictimai birliyinin Gəncədə zərərçəkmişlərə yardım edən psixoloqu Xatirə Səfərova məlumat verib:

"Nilayın heç 3 yaşı yoxdur, lakin bilir ki, ağlamaqla doğmalarını qaytara bilməyəcək. Konsultasiyamda uşağın dözümlülüyünü görəndə bunun kosmik bir enerji olduğunu anladım. Nənəsi ağlayanda "nənə mən birdə ağlamayacam səndə ağlama yaxşı?" - deyərək özündəki müdafiəni formalaşdırırdı, bəzən bunu biz böyüklər heç bacara bilmirik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4350   Tarix: 20 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş