Ömər Eldarov: "Koronavirusa yoluxmamışam"

Ömər Eldarov: "Koronavirusa yoluxmamışam"Azərbaycanın Xalq rəssamı, tanınmış heykəltəraş Ömər Eldarov koronavirusa yoluxmadığını açıqlayıb.

Big.az-ın məlumatına görə, o, "Report"a açıqlamasında bildirib ki, COVID-19 testi neqativ çıxıb: "Xəstəxanada olarkən jurnalistlərdən mənə zəng etmişdilər. Mən də xəstəxanada olduğumu, koronavirus testi verməyə gəldiyimi dedim. Onlar da yazıblar ki, nəticəm pozitiv çıxıb. Amma bu, doğru deyil. Nəticəm də neqativ çıxıb, koronavirusa yoluxmamışam. Özümü də yaxşı hiss edirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 410   Tarix: 20 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş