Ağcabədi sakini qardaşı oğluna ağır xəsarət yetirdi

Ağcabədi sakini qardaşı oğluna ağır xəsarət yetirdiOktyabrın 19-da, saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılmış atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağcabədi Rayon Prokurorluğundan BiG.AZ-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanmış tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 812   Tarix: 20 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti