Koronavirusa yoluxan aktrisa ən dözülməz simptomları AÇIQLADI

Koronavirusa yoluxan aktrisa ən dözülməz simptomları AÇIQLADIRusiyalı aktrisa Kristina Asmus İnstaqram səhifəsində koronavirusa yoluxduqdan sonra yaşadığı xoşagəlməz simptomları açıqlayıb.

BiG.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, sənətçi hələ də hərarətinin olduğunu və halsızlıqdan əziyyət çəkdiyini qeyd edib. Eyni zamanda Asmus öskürək, baş ağrısı və bədən ağrılarından şikayətlənib.

"Heç bir qoxu və ya dad bilmə duyğusu yoxdur. Yeməyə, ümumiyyətlə, maraq yoxdur. Hər şeyin dadı eynidir. Bu mənim üçün çox qeyri-adi bir şeydir, halbuki yeməyi sevirəm", - aktrisa vurğulayıb.

Bundan əlavə, Kristina Asmus əlavə edib ki, yüksək temperatur olduğu zamanlarda da iştahı olub, amma koronavirus səbəbiylə tamamilə yox olub.

Xatırladaq ki, Asmusun COVID-19-a yoluxduğu 14 oktyabrda məlum olub. Aktrisanın yüksək hərarəti olsa da, evdə müalicə olunur. /Publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2962   Tarix: 19 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş