"Biraz da səbr edək, gələr oralardan xanın səsi" - Güneldən ARXİV VİDEOSU

"Biraz da səbr edək, gələr oralardan xanın səsi" - Güneldən ARXİV VİDEOSUMüğənni Günel Zeynalova sosial mediadakı paylaşımı ilə diqqət çəkib.

BiG.AZ xəbər verir ki, sənətçi instaqram hesabında 1994-cü ildə çəkilmiş arxiv videosunu paylaşıb. "Şuşanın dağları, başı dumanlı" mahnısını ifa edən balaca Günel izləyicilərin marağını çəkib:

"94-cü il...Bakıya qaçdığımız il.Məktəbdə hər il bu mahnını oxuyardım. Şuşanın dağları başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı nə deməkdir bilirsiz? Bu Azərbaycan bayrağı deməkdir. Mavi- göy üzü, qırmızı - lalələr, yaşıl -otlar. Qarabağ Azərbaycan deyil də nədir?Bir yanım Ağdam, bir yanım Şuşa. Gözlədiyim kəndlər, şəhərlər asta-asta qayıdır. Biraz da səbr edək 30 il necə olsa, gəlir oralardan xanın səsi, Qarabağın şikəstəsi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2188   Tarix: 19 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş