Bakıda yoluxma ən çox bu rayondadır - SİYAHI

Bakıda yoluxma ən çox bu rayondadır - SİYAHIAzərbaycanda COVİD-19 virusuna yoluxanların 55,9 faizi Bakıdadır.

BiG.AZ koronavirus.az saytına istinadən xəbər verir ki, paytaxt daxilində ən çox yoluxma isə 14,5 faizlə Binəqədi rayonundadır.

Sonrakı yerlərdə 12,5 faizlə Xətai, 11,7 faizlə Yasamal, 11,7 faizlə Sabunçu, 8,7 faizlə Nəsimi, 8,1 faizlə Nərimanov, 8 faizlə Suraxanı, 7,2 faizlə Qaradağ, 7,1 faizlə Nizami, 5,5 faizlə Xəzər, 4,7 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 6629   Tarix: 19 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş