Bu gecədən karantin rejimi sərtləşdirilir - VİDEO

Bu gecədən karantin rejimi sərtləşdirilir - VİDEOBu gecədən karantin rejimi sərtləşdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu gecə saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. Ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur. Metronun fəaliyyəti dayandırılacağından əsas yük yenə də sərnişin avtobusların üzərinə düşəcək. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sərnişindaşıma fəaliyyəti əvvəlcədən hazırlanan nəqliyyat planına uyğun olaraq təşkil ediləcək. Ekspress xətlərin hərəkətində də dəyişiklik edilib.

Sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə ölkə ərazisində karantin rejiminin sərtləşdirilməsi ilə bağlı bir sıra məhdudiyyətlər bu gecə saat 00 00dan qüvvəyə minəcək.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, metronun fəaliyyəti dayandırıldığından sərnişindaşıma fəaliyyəti əvvəlcədən hazırlanan nəqliyyat planına uyğun olaraq təşkil ediləcək. Ekspress xətlərin hərəkətində də dəyişiklik edilib.

Mais Ağayev qeyd edib ki, sərnişin təlabatına dair son statistik təhlilər əsas götürülərək sabahdan M9 və M10 ekspress xətlərin fəaliyyəti dayandırılacaq.

Mais Ağayev onu da əlavə edib ki, ölkəmizdə hərbi vəziyyətlə əlaqədar komendant saatının tətbiqini və xüsusi karantin rejiminin davam etməsini nəzərə alaraq daşımalar da məhz mövcud vəziyyətə uyğun təşkil olunur. ''Vətəndaşlarımızı növbəti dəfə məsuliyyətli davranaraq, hər iki cəbhədə, hər iki səngərdə düşmənə fürsət verməməyə çağırırıq. Hamılıqla xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenamızı gözləməliyik''-deyə Mais Ağayev vurğulayıb.(xezerxeber)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10989   Tarix: 18 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycan və Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi iki ölkə münasibətlərinin inkişaf etməsinə böyük təkan verib"

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Mövzu ilə bağlı -a danışan politoloq Tura

23.04.2024 263
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

23.04.2024 369
.

Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO

Günəşli havalarda vətəndaşların ən çox istifadə etdikləri aksesuar günəş eynəkləridir. Bakının istənilən ərazisində, istənilən qiymətə gün eynəkləri tapmaq mümkündür. Mütəxəssislər bildirirlər ki, zövqə görə eynək seçmək insan sağlamlığına zərər ola bilər. Bəs seçimi necə etməliyik?. Məsələ ilə bağl

11:11 133
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 418
.

Ermənistanın müdafiə naziri Fransa nümayəndə heyəti ilə Ermənistan-Fransa əməkdaşlığını müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun sədri Gilbert-Luc Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüşdə Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfir

23.04.2024 199
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23.04.2024 770
.

Azərbaycanda bu məhsul ucuzlaşdı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. -a istinadən xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərdə xiyarı

23.04.2024 659
.

Ukrayna: "Rusiya PUA və raketlərlə Kiyev və 3 bölgəyə hücum edib"

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib. xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədə

23.04.2024 248
.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

11:09 267