Ohayo ştatında yaşayan soydaşımızdan Azərbaycan dövlətinə dəstək nümayiş edilib-FOTO - xeberler

Ohayo ştatında yaşayan soydaşımızdan Azərbaycan dövlətinə dəstək nümayiş edilib-FOTO

Ohayo ştatında yaşayan soydaşımızdan Azərbaycan dövlətinə dəstək nümayiş edilib-FOTOABŞ-ın Ohayo ştatının Columbus şəhərində yaşayan azərbaycanlı iş adamı Səbuhi Nəsibov iri ticarət mərkəzinin (Mall) içərisində Azərbaycan Mərkəzi açıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən BiG.AZ-a verilən məlumata görə, Mərkəzdə, Azərbaycan dövlətinə dəstək məqsədilə, "KarabakhisAzerbaijan!", "StopArmenianAggression" şüarları asılıb. Eyni zamanda, Ohayoda əsas yollardan birində körpünün üzərinə də bu şüarlar yazılmış baner yerləşdirilib.

Bununlada soydaşımız şəhər ictimaiyyətinə və qonaqlara Azərbaycanın haqq səsini çatdırır, işğalçı Ermənistan ordusunun terrorçu hərəkətlərinə etiraz edir, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu hər kəsə bir daha bəyan edir.

Ohayo ştatında yaşayan soydaşımızdan Azərbaycan dövlətinə dəstək nümayiş edilib-FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 979   Tarix: 18 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş