Ərdoğan: "İnanıram ki, işğal altındakı torpaqlar ermənilərdən alınacaq"

Ərdoğan: "İnanıram ki, işğal altındakı torpaqlar ermənilərdən alınacaq""Nə deyirlər? Minsk qrupu. Kimdir Minsk üçlüsü? Amerika, Fransa, Rusiya. Bəs bunlar kimin yanında yer aldılar? Ermənistanın yanında oldular".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

"Ermənistana, ermənilərə hər cür silah dəstəyi verirlərmi? Verirlər. Bütün bunlar edilərkən azərbaycanlı qarşdalarımız ermənilərə qarşı mübarizə aparırlar. Bunu niyə edirlər? Çünki Azərbaycanın işğal altındakı torpaqlarını ermənilərdən azad etmək üçün bu mübarizəni aparırlar. Bundan daha təbii nə ola bilər? 30 ildir Amerika, Rusiya, Fransa bu danışıqları bitirmədilər. Rəbbim yardımçıları olsun. İnanıram ki, işğal altındakı bu torpaqları ermənilərdən alacaqlar. İnşallah, bunu uğurla götürəcəklər", - prezident vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 982   Tarix: 18 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş