Erməni təxribatları nəticəsində Tərtərə dəyən ziyan açıqlandı - RƏSMİ

Erməni təxribatları nəticəsində Tərtərə dəyən ziyan açıqlandı - RƏSMİ"27 sentyabrdan bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun 36 yaşayış məntəqəsinə 13136 mərmi düşüb.

Tərtər Rayon İcra Hakimiyyətindən BiG.AZ-a verilən məlumata görə, ümumilikdə, rayonda düşmən təxribatı nəticəsində 118 ev tamamilə dağıdılıb, 646 evə ziyan dəyib:

"64 çoxmənzilli yaşayış binasına ziyan dəyib. 30 yardımçı tikili tamamilə dağıdılıb. Eyni zamanda, 50 yardımçı tikiliyə, 19 sosial obyektə, səkkiz istehsal obyektinə, 44 ticarət obyektinə ziyan dəyib".

"Həmçinin, 18 inzibati bina zərər çəkib", - deyə RİH-dən bildirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 920   Tarix: 18 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş