Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib

Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçiribErmənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə atdığı xüsusi təyinatlılar Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmağa məcbur edilir.

Bu barədə BiG.AZ-a Müdafiə Nazirliyindən bildirilib.

Nümayiş olunan videoda Azərbaycan Ordusunun zirehli texnikası və əsgərlərinin erməni xüsusi təyinatlılarını necə qovduğu müşahidə olunur.

Videonun son kadrlarında düşmən səngərlərini tərk etdikdən sonra həmin mövqelərə doğru Azərbaycan əsgərinin irəliləməsi aydın görünür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2230   Tarix: 18 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş