Ermənistan yenidən ağ bayraqla atəşkəs istədi

Ermənistan yenidən ağ bayraqla atəşkəs istədiOktyabrın 10-dan sonra humanitar atəşkəsə riayət etməyən ermənilərin Hadrut, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində istənilən həmlələrinin qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alındı və son həftədə də bir sıra yaşayış məntəqələrimiz, o cümlədən Hadrut qəsəbəsi və Füzuli şəhəri işğaldan azad edildi.

"Report" xəbər verir ki, düşmən bir daha hər pozduğu atəşkəsin yeni yaşayış məntəqəmizin, şəhərimizin azad olunması və yüzlərlə erməni əsgərinin, hərbi texnikasının məhv edilməsi demək olduğunu anladı. Bu səbəbdən erməni tərəfi yenidən ağ bayraqla atəşkəs istədi.

Azərbaycan humanitar atəşkəsə yenə də sadiqdir. Və hazırkı humanitar atəşkəs oktyabrın 10-da Moskvada tərəflər arasında razılaşdırılmış prinsiplər əsasında əldə olunan humanitar atəşkəsin davamıdır.

Azərbaycan tərəfi yenidən humanistliyini nümayiş etdirərək Ermənistan tərəfinə çirkin əməllərindən geri çəkilməyə şans verir. Ordumuzun torpaqlarımızın azad olunması istiqamətində irəliləməsinə baxmayaraq, Ermənistanı yenidən verdiyi şansdan yararlanmağa və Azərbaycana qarşı işğala son qoymağa çağırır.

Hərb və diplomatiya meydanında mərdliklə döyüşən Azərbaycanı hər iki meydan - həm hərb, həm də diplomatiya meydanı qələbəyə aparır. Çünki bizim üçün torpaqlarımızın işğaldan azad olunması, vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşaması prinsipi dəyişməzdir.

Gəncədə və digər şəhərlərimizdə, eləcə də cəbhəyanı zonalara yaxın ərazilərdə yaşayan mülki əhali düşmən tərəfindən mütəmadi atəşə tutulsa da, bu bölgələrdəki insanlar sarsılmayıb, əksinə, mübarizə əzmləri daha da yüksəlib. İstənilən şərtlərdə vətəndaşlarımız Prezident, Ali Baş komandan İlham Əliyevin hər bir qərarının arxasında mərdcəsinə birləşib və onun taktiki düşünülmüş addımlarını dəstəkləyir.

Bu gün bütün Azərbaycan "Qarabağ Azərbaycandır!" şüarı altında Prezident, Ali Baş komandan ətrafında səfərbər olub. Danışıqlar masasında və hərb meydanında bütün addımların "Qarabağ Azərbaycandır!" şüarı naminə atıldığına əmindir.

Ötən illər ərzində aparılan danışıqlar heç bir nəticə vermədiyindən, ermənilar işğal etdikləri torpaqlarımızdan çıxmaq əvəzinə Azərbaycana qarşı hərbi təxribatlara davam etdiyindən, yaşayış məntəqələrimizi, dinc sakinlərmizi mütəmadi atəşə tutduqlarından ordumuz sentyabrın 27-dən əks-hücum və sülhə məcburetmə əməliyyatlarına başlayıb. Ali Baş komandanın rəhbərliyi ilə xilaskar Azərbaycan Ordusu bu gün öz doğma torpaqlarımızı işğalçılardan azad etməkdədir. İşğalı davam etdirən, danışıqlar prosesində sülhün bərqarar olmasına zidd əsassız şərtlər irəli sürən işğalçı Ermənistana qarşı bu gün Azərbaycan tək bir şərt irəli qoyub - torpaqlarımızdan çıxsın və qarşıdurma dayansın.

Oktyabrın 10-da həlak olan hərbçilərin meyitlərinin və hərbi əsirlərin tərəflər arasında dəyişdirilməsi məqsədi ilə cəbhə zonasında humanitar atəşkəs haqqında razılıq əldə olunsa da, Ermənistan tərəfi humanitar atəkəsin tələblərini pozaraq oktyabrın 11-də müharibə zonasından tamamilə uzaqda olan Gəncədə heç bir hərbi infrastrukturun olmadığı yaşayış məntəqələrinə, dinc əhaliyə raket zərbələri endirdi.

Azərbaycan Prezidenti, Ali Baş komandanın bəyan etdiyi kimi, Azərbaycan əsgəri heç bir zaman dinc sakinləri hədəf almayıb. Bu səbəbdən erməni tərəfində heç bir yaşayış məntəqəsi, dinc sakin Azərbaycanın hərbi hücumuna tuş gəlməyib. Çünki Azərbaycan Ordusu xilaskarlıq missiyası yerinə yetirir. Bu gün bu xilaskarlıq missiyası torpaqlarımızın işğaldan, əsarətdən azad edilməsinə və həmin torpaqlara həyat qaytarmağa, həmin bölgənin sakinlərinin nəhayət ki, öz yurd-yuvasına qayıtması və sülh şəraitində yaşamasına yönəlib.

Bu gün Azərbaycan xalqı Prezident, Ali Baş komandanın ətrafında və onun rəhbərliyi ilə aparılan torpaqların işğaldan azad olunması, sülhün bərqərar edilməsi missiyası ətrafında birləşib.

Bu gün hərb meydanında məğlub olan, ağ bayraq qaldıran Ermənistan tərəfi bütün hirsini Gəncədə və cəbhədən kilometrlərlə uzaq digər şəhərlərimizdə gecə evində yatan dinc sakinlərdən çıxır. Və bu da bir daha Ermənistanın acizliyini və terrorçu mahiyyətini sübut edir, erməni faşizmini nümayiş etdirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 75813   Tarix: 18 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568