Türkiyə MN: Susmağa gücü yetən insan oğlu varsa, sussun! Biz susmayacağıq! - xeberler

Türkiyə MN: Susmağa gücü yetən insan oğlu varsa, sussun! Biz susmayacağıq!

Türkiyə MN: Susmağa gücü yetən insan oğlu varsa, sussun! Biz susmayacağıq!"Ey fərqli dillərdə danışdığımız, fərqli coğrafiyada yaşadığımız bəşəriyyət... Bu balaca körpə gecə yuxusunda ikən Ermənistan ordusu tərəfindən ballistik raket ilə qətlə yetirilib".
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter hesabında yazılıb.
"Dilimiz, dinimiz, ölkələrimiz fərqli ola bilər, ancaq bu şəkil hamımızın ürəyini dağlamağa yetərdir", - vurğulanıb.
Bir başqa paylaşımda Xocalı soyqırımı və Gəncədə baş verən terror aktı zamanı qətlə yetirilən körpələrin şəkilləri dərc olunaraq qeyd olunub:
"Bəlkə, bu şəkli ilk dəfə görə bilərsiniz, amma Azərbaycan xalqı 30 ildir eyni şəkillə yaşayır. 30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni qatilliyə davam edir. Bu mənzərəni görüb susmağa gücü yetən insan oğlu varsa, sussun! Biz susmayacağıq!".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1482   Tarix: 17 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş