Ali Radanın komitə rəhbəri Gəncənin atəşə tutulması ilə bağlı: Siz tək deyilsiniz, Ukrayna sizinlədir!

Ali Radanın komitə rəhbəri Gəncənin atəşə tutulması ilə bağlı: Siz tək deyilsiniz, Ukrayna sizinlədir!"Döyüş bölgəsində yerləşməyən dinc Gəncə şəhərinin gecə atəşə tutulması nəticəsində çox saylı qurbanlarla əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Ukraynalılar bu faciəni özlərinin faciəsi kimi qəbul edirlər".

Bu barədə Media.Az-a verdiyi müsahibədə Ukraynada "Xalqın Xidmətçisi" Partiyasından millət vəkili, Ali Radanın humanitar və informasiya siyasəti komitəsinin rəhbəri Nikita Poturayev bildirib.

Xatırladaq ki, oktyabrın 17-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri Gəncəyə raket zərbələri endirib. Hücum nəticəsində üç uşaq, dörd qadın və altı kişi olmaqla 13 nəfər ölüb, beş uşaq və 20 qadın olmaqla onlarla mülki insan yaralanıb.

"Mülki şəxslərin ölümünə səbəb olan hərəkətlər qəbuledilməzdir. Bu hadisə dünyada müvafiq qiymətləndirmə almalıdır. Ancaq bu, həmişə belə olmur və Azərbaycanda olduğu kimi Ukrayna da bununla qarşılaşıb. Yaşayış məntəqələrimiz atəşə tutulduqda, əvvəlcə dünyada buna reaksiya zəif idi. Azərbaycanın indi atəşə tutulmasına, ümumiyyətlə işğal olunmuş ərazilərində döyüş fəaliyyətlərinə dünya birliyinin diqqətini sistematik şəkildə yönəltməsi lazımdır", - deyə o, bildirib.

Müsahibin sözlərinə görə, əlbəttə ki, bu, o qədər də sadə deyil, bunu Ukrayna təcrübəsi də göstərib:

"Mən çox yaxşı başa düşürəm ki, indi bütün Azərbaycan vətəndaşlarında duyğular tüğyan edir. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqına başsağlığı verirəm. Eyni zamanda bilirəm ki, azərbaycanlı həmkarlarım sistemli şəkildə işləyə bilər, bunu müxtəlif yerlərdə, məsələn, ATƏT Parlament Assambleyasında dəfələrlə müşahidə etmişəm. Mükəmməl diplomatlarınız və siyasətçiləriniz var".

- Ukrayna Ali Radasından hər hansı bir reaksiya gözləyə bilərikmi?

- Dərhal deyəcəm - tək deyilsiniz! Konkret tarixlərdən danışırıqsa, demək çətindir. Bildiyiniz kimi, çətin epidemioloji vəziyyətlə üz-üzəyik, hansı ki, Ali Radadan da yan keçməyib. Müvəqqəti olaraq oktyabrın 20-də toplaşa bilərik, prezident Vladimir Zelenski çıxış etməlidir. Ancaq bu tarixdən əvvəl Gəncənin atəşə tutulması və ümumiyyətlə, münaqişə barədə konkret bəyanat hazırlamaq çətin olacaq. Söhbət yalnız yoluxan millət vəkillərindən getmir. Ali Radanın, komitələrin bir çox üzvləri müşahidə altındadır.

Ancaq əlbəttə ki, baş verənlər barədə Ali Radanın digər komitələrinin rəhbərləri ilə "Zoom" rejimində telefonla danışıqlara başlayacağam. Bilirsiniz ki, Azərbaycan yeni Milli Təhlükəsizlik Strategiyamızda strateji tərəfdaş adlanır və bunlar boş sözlər deyil.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1365   Tarix: 17 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672