Gəncə rusları: "Dörd şəhid vermişik, Vətən uğrunda yenə döyüşə hazırıq!" - FOTO

Gəncə rusları: "Dörd şəhid vermişik, Vətən uğrunda yenə döyüşə hazırıq!" - FOTO"Bura bizim də vətənimizdir. Biz də ayaqdayıq. Könüllü döyüşə yazılmışıq. Biri elə mənim oğlum. Nə vaxt çağırsalar, anındaca yollanacaq, döyüşə".

Lent.az saytı Gəncə Rus İcmasının sədr müavini İrina Vladimirovna Kalaşnikovla söhbətləşib.

Həmin reportajı təqdim edirik:

Gəncə Rus İcmasının sədr müavini İrina Vladimirovna Kalaşnikovanın iş otağındayıq. Həmkarımızdır İrina xanım. Gəncədə nəşr olunan "Novosti Qyandji" qəzetinin baş redaktorudur.
O qəzetin iki ildən sonra düz 100 yaşını qeyd ediləcək.

O qəzetin ki, keçmiş post sovet ölkələrində - Rusiya istisna olmaqla - əyalətdə nəşr olunan yeganə rus dilli qəzetdir.

- Narahatıq, amma bizi belə terror aktlarıyla susdurmaq mümkün deyil. Müharibə başlayandan bütün gəncəlilər kimi biz ruslar da hərbi komissarlığa üz tutduq. Biri elə mənim oğlum. Ehtiyatda olan baş leytenantdır. Nə vaxt gərək olsa, o da döyüşə yollanacaq.

İrina xanım əslən Yakutiyadandı. İrkutsk Dövlət Universitetində oxuyarkən azərbaycanlı Valehlə tanış olub evləniblər. Vladimir adlı bir oğlu olub. Sonra Kirovabada – indiki Gəncəyə - köçüblər.

Vladimir hərbçi imiş. Amma faciəli şəkildə həlak olub.

İrina xanım deyir ki, onların icması 15 min nəfərə yaxın adamı özündə birləşdirir. Azərbaycanın qərb regionunu, Yevlaxdan tutmuş Gürcüstan sərhədinədək böyük bir ərazini əhatə edir.

- Dünyada Azərbaycan qədər tolerant yer yoxdur. Azərbaycan dünyada yeganə yerdir ki, yəhudilər müsəlman azərbaycanlılar üçün dua edir, azərbaycanlılar döyüşdə həlak olmuş rus balasını şəhid adlandırır, pravoslav ruslar kilsələrdə şəhidlərimiz üçün xaç çevirib ruhuna dualar oxuyurlar. Siz dünyada belə bir yer göstərə bilərsinizmi mənə. Qətiyyən, yoxdur, belə ölkə.

O deyir ki, birinci Qarabağ müharibəsində təkcə Gəncədən 4 nəfər rus millətindən şəhid olub.

- Onlardan biri İqor Makeyev Azərbaycanın Milli Qəhrəmanıdır.

İqor Makeyev 1971-ci oktyabrın 27-də Gəncədə fəhlə ailəsində anadan olub. Şəhərdəki 39 saylı məktəbi bitirib.

İrina xanım deyir ki, müharibə başlayanda İqor Rostovda imiş. Dura bilmir, Azərbaycana qayıdır.

- Anası onun döyüşə yollanmasından narahat imiş. İqor israr edib. Bura mənim vətənimdi deyib. Anasına deyib ki, sən məni burda dünyaya gətirmisən. Mən burda, bu torpaqda yeriməyə başlamışam. Bu gün elə vəziyyətdir ki, onu qorumağa getməliyəm. Anasıyla danışdıqdan sonra Bakıya gedib döyüş hissələrinin birinə yazılıb.

Ağdam istiqamətində ağır döyüşlərdə iştirak edir, İqor. 1992-ci il avqusun 2-də onlarla erməni quldurunu məhv edən pulemyotçu Makeyev 30-a qədər döyüşçümüzü mühasirədən çıxarır. Özü isə qəhrəmancasına həlak olur. Və tezliklə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.

İqordan başqa gəncəli ruslar Georgi Lazerev, İlya Semiquzov, Vitali Sokolov da öz canlarını vətən uğrunda qurban veriblər.

- Biz görmüşük, döyüşçü döyüşçü ilə vuruşar. Amma onlar terrorçudurlar. Dinc əhalini nişan alıblar. Bu günlərdə ölkənin ikinci ən böyük şəhəri Gəncə hədəfə alınıb, uşaqlar, böyüklər, yaşlı adamlar həlak olublar. Müharibə çox uzaqda gedir. Dinc insanların heç bir günahı yoxdu. Ermənistan qəsdən bizi təxribata çəkmək istəyir ki, onlara cavab verək.

Bunu isə Gəncədə yerləşən Aleksandr Nevski pravoslav kilsəsinin baş keşişi Denis Sotnikov deyir. Kilsədə Gəncədə və Qarabağda həlak olan şəhidlərimizin ruhuna dualar oxunurdu. Kilsəyə gələnlərin də ardı-arası kəsilmirdi.

Denis Sotnikov deyir ki, dinc əhaliyə qarşı belə addımı ancaq alman faşistləri atıb. Ermənilərin bu addımı da məhz faşizmdir. Ermənilər Azərbaycanı təxribata çəkmək üçün belə addım atırlar.

"Bizim Prezidentimiz olduqca müdrik siyasətçidir. O, bizi qələbədən qələbəyə aparır və aparacaq. Bizim də dualarımız onunladır".

Əslən gəncəli olan Sotnikov "Gəncə mənim şəhərim, doğma torpağımdı", deyir.

- Biz səbirlə 30 il gözlədik. Qoy sakitcə bizim torpaqlardan, kənd və şəhərlərimizdən çıxıb getsinlər. Bizim də kilsəmiz sülh və əmin-amanlıq üçün dualar edir. Dünya ictimaiyyətinə müraciət etmək istəyirəm ki, üçüncü ölkələr Azərbaycanın haqq işinə mane olmasınlar.

Azərbaycan 30 il dözdü. İndi bizim qəhrəman əsgərlərimiz hər gün bizi xoş xəbərlərlə sevindirir.

Bizim doğma torpaqları azad edir. Cənab prezident də öz çıxışında dedi ki, kim bizimlə yaşamaq istəyirsə, qoy yaşasın. Mən Azərbaycan xalqına ancaq qələbə arzulayıram.

Yeri gəlmişkən ermənilərin atdığı raketin nəticəsində Gəncədəki pravoslav kilsəsi də ciddi ziyan çəkib. Kilsənin divarlarında çatlar əmələ gəlib, gümbəzindəki pəncərələrin şüşələri sınıb.

Söhbətləşdiyimiz rus millətindən olan yerli sakinlər də Gəncədəki terroru pisləyir. Marina Proninanın dediyinə görə, bütün dünya bilir ki, Qarabağ Azərbaycan torpağıdır. "Bizim işimiz haqq işidir. Biz öz torpaqlarımızı azad etmək uğrunda haqlı mübarizə aparırıq".

Xanım Pronina ermənilərin böyük günaha batdığını deyir. "Gəncənin gecə evində şirin yuxuda olan dinc sakinlərinə qarşı belə hərəkətin bir adı var: terror. Bu amansız hərəkəti bütün dünya pisləməlidi. Erməni vəhşiliyinə son qoyulmalıdı. Yuxuda olan insanları, xüsusən də məsum uşaqları öldürmək böyük günahdır. Dünya Ermənistanı bu vəhşilikdən əl çəkməyə məcbur etməlidi".

İcmanın digər üzvü Tatyana Alekseyeva da ermənilərin Gəncədə törətdiklərindən qəzəblidir:

- Kilsəyə gəldim. Bütün günahsız insanlar, şəhidlərimiz üçün dualar etdim. Şam yandırdım. Biz birik, Azərbaycan xalqı öz prezidentinin ətrafında birləşib. Azərbaycanda yaşayan bütün xalqlar bir yumruq kimidir. Və bu yumruq erməniləri yerində oturdacaq.

Sevetlana xanım isə deyir ki, Azərbaycanda yaşayan xalqlar sülhpərəstdirlər. "Biz müharibə istəmirdik. Biz öz torpağımız uğrunda vuruşuruq. Vuruşub, ölməyə, şəhid olmağa hazırıq. Biz Vətən müharibəsi aparırıq. Biz qalib gələcəyik. Əmin-amanlıq şəraitində yaşayacağıq.

İrina xanım deyir ki, ermənilər namərdcəsinə gecə Gəncəyə raket atırlar.

- Amma bu bədbəxtlər unudurlar ki, gəncəlilərin ruhunu, əzmini qırmaq mümkün deyil. Bütün Gəncə, hamımız Prezidentimizin yanındayıq. Prezidentimiz bizə, biz ona dayağıq. Qəhrəman əsgərimizin yanındayıq. Həm mənən, həm də cismən. 67 yaşım var. Bu gün də cəbhədə, burda hospitalda tibb bacısı kimi xidmətə hazıram. Tanrı vətənimizi qorusun. Qələbəyə az qalıb...

Gəncə rusları: "Dörd şəhid vermişik, Vətən uğrunda yenə döyüşə hazırıq!" - FOTOGəncə rusları: "Dörd şəhid vermişik, Vətən uğrunda yenə döyüşə hazırıq!" - FOTOGəncə rusları: "Dörd şəhid vermişik, Vətən uğrunda yenə döyüşə hazırıq!" - FOTOGəncə rusları: "Dörd şəhid vermişik, Vətən uğrunda yenə döyüşə hazırıq!" - FOTOGəncə rusları: "Dörd şəhid vermişik, Vətən uğrunda yenə döyüşə hazırıq!" - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1679   Tarix: 17 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814