Korotçenko: "Gəncəyə endirilən zərbələr Ermənistanın cəbhədəki hərbi uğursuzluqlarının nəticəsidir"

Korotçenko: "Gəncəyə endirilən zərbələr Ermənistanın cəbhədəki hərbi uğursuzluqlarının nəticəsidir""Gəncəyə raket zərbələri endirilməsi Ermənistanın ən yüksək hərbi-siyasi rəhbərliyi tərəfindən törədilmiş hərbi cinayətdir. Çünki raket hücumu əmrinin ya Paşinyan, ya da Ermənistan müdafiə naziri Tonoyan tərəfindən verildiyi aydın məsələdir. Elə bu şəxslər törədilənlərə görə siyasi və cinayət məsuliyyəti daşıyırlar".

Bunu "Report"un Rusiya bürosuna rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

"Gecə vaxtı dinc şəhərə endirilən və böyük itki və dağıntılara səbəb olan raket zərbəsi heç bir hərbi əməliyyat məntiqi ilə əsaslandırıla bilməz. Bu, beynəlxalq humanitar hüquqa, insanlığa qarşı bir cinayətdir və təbii ki, buna görə məsuliyyətə cəlb olunmalıdırlar", - rusiyalı ekspert bildirib.

"Nə üçün Ermənistan Azərbaycanın mülki əhalisini məhv etmək üçün bu cür barbar üsullara əl atır? Bu, birincisi, cəbhədəki hərbi uğursuzluqların nəticəsidir, çünki Dağlıq Qarabağdakı Ermənistan ordusu geri çəkilir, mövqelərini itirir. İkinci amil İrəvanın Türkiyə və Rusiyanı qarşı-qarşıya qoymaq cəhddir. Açıq şəkildə görünür ki, erməni siyasətçilər Azərbaycan şəhərlərinə dəfələrlə raket zərbələri endirilməsinin cavabı olaraq, Ermənistan şəhərlərindən birinə cavab veriləcəyinə və bundan sonra İrəvanın Azərbaycan təcavüzü barədə hay-küy salmaq və Rusiyadan, KTMT-dən kömək tələb etmək üçün səbəbinin olacağına bel bağlayırdı. Ancaq Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, Azərbaycanın məqsədi dinc insanlar deyil, ölkə ərazilərini işğal etmiş erməni əsgərləridir", - o söyləyib.

Ekspert həmçinin Ermənistanın bundan sonra da qanunsuz hərəkətlər edəcəyi ilə bağlı narahatlığını da bölüşüb: "Hesab edirəm ki, Ermənistan Qarabağda mövqelərini itirdikcə indikindən daha genişmiqyaslı təxribatlar və raket hücumları həyata keçirə bilər. Azərbaycan Ermənistanın yalnız şəhərlərə deyil, həm də Azərbaycanın vacib infrastruktur obyektlərinə - neft-qaz boru kəmərlərinə, su anbarlarına və digər obyektlərə zərbələr endirməsi təhlükəsini çox ciddi şəkildə nəzərdən keçirməlidir. Bu gün rəsmi İrəvan belə dəliliklərə tam hazırdır və bunun qarşısını almaq üçün çox sayıq və diqqətli olmaq lazımdır".

İ.Korotçenko həmçinin Avropa və ABŞ tərəfindəki ikili standartlar mövzusuna da toxunub: "Dünya susur. Fransada prezident Makron erməni lobbisinin tam nəzarəti altındadır. Avropada erməni lobbistlərin magistral yolları bağladıqlarını və bununla müvafiq hökumətə Ermənistana dəstək vermək baxımından təsir göstərməyə çalışdıqlarını gördük. Bu, erməni lobbisinin fəaliyyətinin predmetidir, o, genişmiqyaslı, nüfuzlu və güclüdür, bunu etiraf etməliyik. ABŞ reaksiya vermir və onların susqunluğu çox qəribə görünür. Başqa vaxt azadlıq, insan haqları, məzlumların müdafiəsi kimi mövzularda hamıya dərs keçirlər, amma indi nədənsə ağızlarına su alıb sakitcə dayanıblar. Hələ bu azmış kimi, dövlət katibi Pompeo anti-Azərbaycan yönümlü açıqlamalar verir. Bu da erməni lobbisinin təsirinin nəticəsidir, çünki orada bir neçə həftə sonra prezident seçkiləri olacaq, kifayət qədər böyük erməni diasporu var, nüfuzlu, maddi cəhətdən zəngindirlər. Təbii ki, hazırkı siyasətçilərdən heç biri Ermənistanın cinayətkarlıq əməllərindən danışmayacaq, çünki onlara ABŞ vətəndaşı olan ermənilərin səsi lazımdır. Bax, vəziyyət belədur, bu, ikili standartlar siyasətidir".

"Əslində, Azərbaycan dəfələrlə belə ikili standartlar siyasəti ilə üzləşib. Ermənistan Azərbaycan şəhərlərini raketlərlə atəşə tutur, Avropa tərs kimi bunu görmək istəmir. Bax, bu, çirkin, xain ikili standartlar siyasətidir", - deyə İ.Korotçenko fikrini tamamlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1344   Tarix: 17 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870