Tünzalə Ağayeva: "Mən o əqidənin sahibi deyiləm!"

Tünzalə Ağayeva: "Mən o əqidənin sahibi deyiləm!"Xalq artisti Tünzalə Ağayeva BiG.AZ-a açıqlama verib.

Müğənni son günlər mediaya məxsus üzərində "press" yazılan qoruyucu gödəçə və papaqla etdiyi paylaşımına görə qınanmasına belə aydınlıq gətirdi:

"Mən birbaşa cəbhədə olmamışam.
Ora sivil vətəndaş buraxılmır.Mən olduğum yerdə cəbhədən bir qədər aralı əgərlərimizlə söhbət etdik.

Mənim o formanı geyinməyim məhz informasiya cəbhəsidə döyüşən media dostlarıma dəstək olmaq amaclı idi.

Şəkili öz arzuma çəkdirdim.Mənim cəbhəyə gedib özümü göstərməyə ehtiyac yoxdur.Mən o əqidənin sahibi deyiləm.
Bu gün bizim bir-birimizlə dava etmək vaxtı deyil.

Gedərik Şuşaya, orada saçyolduya çıxarıq.

Orada məni qınayarsınız ki, "niyə geyinmisən?"

İkincisi də mən "para" deyiləm hamının xoşuna gəlim.Çalışıram ki, belə məsələlərdə dərinə getməyim"

AYTƏN SAKİTQIZI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9195   Tarix: 17 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş