Baş Prokurorluq: Gəncənin atəşə tutulması nəticəsində ölənlərin sayı 12 nəfərə çatdı - xeberler

Baş Prokurorluq: Gəncənin atəşə tutulması nəticəsində ölənlərin sayı 12 nəfərə çatdı

Baş Prokurorluq: Gəncənin atəşə tutulması nəticəsində ölənlərin sayı 12 nəfərə çatdı"Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olmuş, 40-dan çox şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir".

Bu barədə BiG.AZ-a Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcəkdir",- deyə məlumatda qeyd edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13679   Tarix: 17 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş