Polad Həşimovun anası: "Qorxmasınlar, ürəklə vuruşsunlar!" -VİDEO - xeberler

Polad Həşimovun anası: "Qorxmasınlar, ürəklə vuruşsunlar!" -VİDEO

Polad Həşimovun anası: "Qorxmasınlar, ürəklə vuruşsunlar!" -VİDEOAzərbaycan Silahlı Qüvvələrinin əks hücum əməliyyatları zamanı şəhid general Polad Həşimovun qatili də məhv edilib. Generalımızı qətlə yetirən Ruben Sənəmyan ad-soyadlı erməni yaraqlısına Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən "milli qəhrəman" adı verilmiş, mükafatlandırılmışdı.

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a general-mayor Polad Həşimovun anası Səmayə Həşimova danışıb:

"Bizə xəbər verdilər ki, generalımızın qatili məhv edilib. Mən oğlumun qatilini öldürənə təşəkkür edirəm. Həmin oğlan yanımda olsa, onun əllərindən öpüb bağrıma basaram. Sevinirəm ki, bizim bu cür mərd oğlanlarımız var. Əsgərlərimiz mərdliklə vuruşub, Poladımın qatilini öldürüb, torpaqlarımızı azad edirlər. Bu gün cəsur və vətənpərvər oğlanlarımız döyüşür, torpaqlarımızı düşmən işğalından azad edir, qatilləri məhv edirlər. Sevinirəm ki, belə mərd, düşmənlərə sinə gələn oğlanlarımız var. Bu cür qəhrəman oğullara Poladın anası qurban olsun! Onların hər birini öpüb, bağrıma basıram. Mən ordumuzda vuruşan bütün oğullarımıza qucaq dolusu salam göndərirəm. Onların hamısını bağırıma basıram. Polad sevər əsgərlər və komandirlər qoy vuruşub torpaqlarımızı azad etsinlər.

Üçrəngli bayrağımızı Şuşaya və Qarabağa sancsınlar. Sağ-salamat geri qayıtsınlar. Onların hər birinin əllərindən öpüb qucaqlayacağam. Poladın anası kimi onların hər birini bağrıma basacağam. Çünki bilirəm, oradakı komandirlərin əksəriyyəti Poladımı çox sevir. Torpaqlarımızın hamısının işğaldan azad olunmasını istəyirəm. Bayrağımızın Qarabağda, Şuşada sancılmasını istəyirəm. Ali Baş Komandanın söylədiyi kimi, üçrəngli bayrağımız Şuşaya sancılsın, oradan Azadlıq Meydanına gətirilsin. Mən də Poladımın əsgərləri ilə orada görüşüm, öpüb bağrıma basım. Onlara can sağlığı arzulayıram. Qorxmasınlar, ürəklə vuruşsunlar! Allah onların hər birini qorusun!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2134   Tarix: 16 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş