Operativ Qərargah yoluxanların sayını açıqladı - xeberler

Operativ Qərargah yoluxanların sayını açıqladı

Operativ Qərargah yoluxanların sayını açıqladıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BiG.AZ-a verilən məlumata görə, bu gün COVID-19-dan 2 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 43 min 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 800 nəfər müalicə olunaraq sağalıb, 621 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 368 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 209 min 802 test aparılıb. Bugünkü test sayı isə 7 878-dir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2345   Tarix: 16 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş