Çavuşoğlu və Lavrov cəbhədəki vəziyyəti müzakirə ediblər - xeberler

Çavuşoğlu və Lavrov cəbhədəki vəziyyəti müzakirə ediblər

Çavuşoğlu və Lavrov cəbhədəki vəziyyəti müzakirə ediblərTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Big.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan qarşıdurmasında son vəziyyəti müzakirə ediblər.

Nazirlər Ermənistanın humanitar atəşkəsi pozaraq Azərbaycanda yaşayış məskənlərini hədəf alaraq mülki şəxsləri atəşə tutmasını, eyni zamanda Tərtərdə dəfn mərasimi zamanı qəbiristanlığa edilən hücumu müzakirə ediblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1084   Tarix: 15 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş