"Müharibə olsa gedəcəm" - İbrahim Borçalının faciəvi şəkildə ölən oğlu orduya könüllü yazılıbmış - SƏS YAZISI

"Müharibə olsa gedəcəm" - İbrahim Borçalının faciəvi şəkildə ölən oğlu orduya könüllü yazılıbmış - SƏS YAZISIMüğənni İbrahim Borçalı sosial mediadakı paylaşımı ilə diqqət çəkib.
BiG.AZ xəbər verir ki, müğənni sosial media hesabında bir müddət öncə faciəvi şəkildə dünyasını dəyişən oğlu Rəhimin səs yazısını yayıb. Səs yazısında məlum olub ki, Rəhim ölümündən öncə orduya könüllü yazılıbmış:

"Evdəkilərdən gizlin mən dostuma zəng etdim ki, mənim adımı könüllü yaz. Dostum adımı könüllü yazdırdı. Artıq beynimə qoymuşam müharibə olsa çağırış gəlsin gedəcəm. Döyüşə gedəcəm"

Qeyd edək ki, ifaçının 21 yaşlı oğlu Rəhim Həsənov 18 iyul tarixində avtomobil qəzası nəticəsində həyatını itirib.

SAMİRƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5594   Tarix: 15 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş