Rusiyalı analitik: "Ermənistan, çox ehtimal ki, cavab reaksiyası gözləyir"

Rusiyalı analitik: "Ermənistan, çox ehtimal ki, cavab reaksiyası gözləyir""Atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması əvvəl əldə edilmiş razılaşmaları düyünə salır. Ermənistan bundan əvvəl də razılaşmaları dəfələrlə pozub, lakin indi belə təsəvvür yaranır ki, o, belə hərəkətləri qəsdən edir, Azərbaycanın Gəncə şəhərinə zərbə endirir. Bu zərbə dinc əhali arasında insan tələfatına səbəb olub, Azərbaycan buna sakit münasibət bəsləyə bilməyəcək".

AZƏRTAC-a bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova söyləyib.

Onun fikrincə, Ermənistan, çox ehtimal ki, cavab reaksiyası gözləyir. O istəyir ki, Bakı da Ermənistan şəhərinə zərbə endirilməsi barədə komanda versin, axı bu halda Paşinyan müdafiə olunmaq üçün tam əsasla KTMT-yə müraciət edə bilər, çünki müharibə həm də Ermənistan ərazisinə aid olacaq:

"Belə aktı məqsədyönlü təxribat adlandırmaq olar. İndi çox şey rəsmi Bakının necə qərar qəbul edəcəyindən asılıdır. Vəziyyət isə mürəkkəbdir, ona görə ki, münaqişənin strateji inkişafı müəyyən ediləcək.

Digər tərəfdən, başqa bir versiyanı da nəzərdən keçirmək olar: erməni hərbi sərkərdələri Paşinyana tabe olmur və onlar Paşinyanı aradan götürmək üçün bu qərarı qəbul edirlər. Biz bilirik ki, həmin hərbçilər Respublikaçılar Partiyasının Qarabağ klanına aid olan üzvləridir və onlar hakimiyyəti özlərinə qaytarmaq istəyirlər.

Bundan ötrü Paşinyanı "ilişdirmək", onun bu münaqişəni həll etməyə qabil olmadığını göstərmək lazımdır. Sonra isə onu devirmək asan olacaq".

D.Qrevtsova vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanı məsuliyyətə çağırmalı və münaqişənin diplomatik həllini pozduğuna görə ona təzyiq göstərməlidir:

"Dinc əhaliyə və mülki obyektlərə hücumlar ATƏT-in həmsədrlərinə, o cümlədən münaqişənin həlli üçün hər cür səy göstərən Rusiyaya açıq-aşkar hörmətsizlikdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3778   Tarix: 11 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179