Qrip mövsümünə az qalıb, koronavirus daha da ARTA BİLƏR

Qrip mövsümünə az qalıb, koronavirus daha da ARTA BİLƏR"Bu gün xalqımıza əvvəlki kimi öz sağlamlıqları üçün koronavirusdan qorunmaqla bağlı müraciət etmirik. Bu gün Azərbaycan səhiyyə əsgərləri xalqa müraciət edərək təkcə sağlamlığımız üçün yox, əsgərlərimiz üçün, vətənimiz üçün, haqq davamız olan Qarabağ üçün "COVID"ə yox deməyə çağırır".

BiG.AZ-ın məlumatına görə, bu fikirləri Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov AzTV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, artıq hər bir insan "COVID-19"un insanlıq üçün yarada biləcəyi fəsadlarından xəbərdardır. Bugünkü mübarizə başqadır, hər kəs ona görə ehtiyatlı olmalıdır ki, koronavirusla bağlı hər hansı gözlənilməz alovlanma reanimasiya yataqlarının "COVID"ə görə sərf olunmasına gətirə bilər: "Doğrudur, Azərbaycan bu virusla mübarizə aparmağın yollarını bilir. Hamıya məlumdur ki, koronavirus kontroldan çıxandan sonra ölkə səhiyyəsinin onunla mübarizə üçün 2 ay zaman ayırması lazım gəlir. Həmin reanimasiya yataqlarında hər bir koronaviruslu xəstəsinin başında olan 7 nəfərə yaxın tibb işçisi mübarizəyə vaxt ayırarkən əsgərə ehtiyac olanda lazımi xidməti göstərə bilməyəcək. Tibb personalının "COVID"li xəstə ilə əsgər arasında seçim etməməsi üçün bu çağırışa əməl etməlidir. Hər kəs deyə bilər ki, biz vətən uğrunda ölməkdən qorxmuruqsa, koronavirusdanmı qorxacağıq? Amma bunu özümüz üçün yox, bunu vətənimiz üçün, əsgərlərimiz üçün etməliyik. Hər bir insanın mükəlləfiyyətidir ki, bu məsələyə həssas yanaşsın".

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə məktəblərdə yoluxma hallarından danışıb və Azərbaycanda məktəblər açılandan bəri az miqdarda yoluxma faktının olduğunu bildirib. O qeyd edib ki, ümumilikdə məktəblərdə koronavirusla bağlı yoluxma hallarında artım müşahidə olunmur. Bütün dünyada artım daha çox iş yerlərində, əhalinin kütləvi toplaşdığı məkanlarda baş verir. "Bu xəstəlik Avropada daha şiddətli şəkildə ortaya çıxıb və sonra azalmağa başlayıb. Hazırda qərb ölkələrində yenidən artım var. Azərbaycanda isə avqust ayının ortalarından bəri pandemiya 100-150 civarındadır. O vaxtdan bəri artımın olmaması çox yaxşı haldır. Bilirsiniz ki, qışa doğru getdiyimizə görə, həm də qrip mövsümünə giririk. Qriplə bu virusun birlikdə necə olacağı isə bilinmir. Onların bir-birinə təsirlərindən xəbərsizik. Ona görə də əl gigiyenasına, maskaya, sosial məsafəyə diqqət etmək lazım gəlir", - H. Harmancı deyib.

ÜST nümayəndəsi əlavə edib ki, yay ayları boyunca daha çox gənclər arasında yoluxma halları müşahidə olunurdu. Bəlkə də, buna görə ölüm sayında azalma var idi: "Lakin qış aylarında insanlar evdə olacaq deyə daha çox tövsiyələrə əməl etməlidirlər. "COVID" hələ bitməyib. Xüsusən bir yerə toplaşanda, kütləvi tədbirlərdə, yas mərasimlərində artım ola bilər. Ona görə öz sağlamlığımıza fikir verməliyik. Hər kəs kütləvi tədbirlərdən uzaq olmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 875   Tarix: 07 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

13:00 156
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub

10:03 436
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 583
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 258
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 633
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 379
.

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində

14:43 49
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 445
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 470