Prezidentin köməkçisi: "Yalnız Ermənistan qoşunlarını ərazilərimizdən çıxardıqdan sonra sülhdən danışa bilərik"

Prezidentin köməkçisi: "Yalnız Ermənistan qoşunlarını ərazilərimizdən çıxardıqdan sonra sülhdən danışa bilərik""Azərbaycan Silahlı Qüvvələri beynəlxalq hüquqa riayət etməklə vətəndaşlarımızın təhlükəsizliyini təmin edir və ölkəmizin ərazilərinin Ermənistan işğalından azad edilməsi məqsədilə özünün suveren ərazisində fəaliyyət göstərir".

Big.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni hərbi təcüvüzü ilə bağlı "Al Arabiya" kanalına müsahibəsində bildirib.

Prezidentin köməkçisi hərbi qarşıdurmanın davam etdiyini və sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələrinin Azərbaycan mülki vətəndaşlarına qarşı atəş açdığını və Azərbaycan Ordusunun öz mülki əhalisinin təhlükəsizliyini qorumaq və Ermənistanı sülhə vadar etmək üçün əks-hücum tədbirləri həyata keçirdiyini bildirib: "Otuz ildən çoxdur ki, biz danışıqlar prosesi aparırıq, lakin Ermənistan status-kvonu qoruyub saxlamaq üçün əlindən gələni edir. Onlar həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlər həyata keçirirlər. Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində məscidləri, İslam mədəni irsini dağıdırlar. Dünyanın heç bir ölkəsində məscidlərin dağıdılması və məscidlərdə donuzların saxlanılması kimi hallar baş verməyib. Mülki azərbaycanlıları öldürən və işğal edilmiş ərazilərdə məscidləri və İslam mədəni irsini dağıdan Ermənistan İslam dünyasına və ərəb xalqına özünü necə dost kimi göstərə bilər? Onlar bu gün də Azərbaycan mülki əhalisini öldürməyə davam edirlər. Güclü artilleriya hücumları nəticəsində mülki vətəndaşlarımız həlak olub və ağır yaralanıb. Beynəlxalq ictimaiyyət bu vəhşiliyi, Ermənistanın əsl üzünü görməlidir. Biz İslam ümmətinə, xüsusilə Türkiyəyə, Səudiyyə Ərəbistanına və Pakistana minnətdarıq. Ermənistanın Azərbaycana təcavüzünə görə bu ölkələrin Ermənistan ilə diplomatik əlaqələri yoxdur. Biz həmçinin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) minnətdarıq. İƏT Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzü pisləyən qətnamələr qəbul edib".

H.Hacıyev vurğulayıb ki, yalnız Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxardıqdan sonra sülhdən danışmaq olar: "Ermənistanın müdafiə naziri yeni ərazilər üçün yeni müharibələr konsepsiyasını elan edib. Ermənistan nə zaman təxribatları son qoyacaq? Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa və çaşdırmağa son qoymalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2030   Tarix: 01 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı

13:24 0
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 0
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

12:54 0
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

"Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin"

"Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib

14:03 0