Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 400-ü ötüb

Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 400-ü ötübGürcüstanda son sutkada daha 448 nəfərin koronavirusla bağlı testinin nəticəsi pozitiv çıxıb, 299 pasiyent sağalıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 6 640-a, sağalanların sayı isə 3 419-a çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 39 nəfər təşkil edir.

Karantin zonalarında 5 392, tibbi nəzarətdə isə 836 nəfər saxlanılır. 1 100 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə alır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 332   Tarix: 01 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş