"Mən DÖYÜŞLƏRDƏ DEYİLƏM!"- İlkin Əhmədovdan AÇIQLAMA

"Mən DÖYÜŞLƏRDƏ DEYİLƏM!"- İlkin Əhmədovdan AÇIQLAMACəbhədə döyüşlərdə olduğu deyilən əməkdar artist, xanəndə İlkin Əhmədovdan xəbər var.

BiG.AZ xəbər veriri ki, sənətçi "İnstagram" səhifəsində maraqlı açıqlama verir.

Həmin açıqlamanı təqdim edirik.

"Əzizlərim, mən artıq 5 gündür ki, sosial şəbəkələrdən istifadə edə bilmirdim. Buradan sözüm bəzi saytlaradır!
Dəqiq bilmədiyiniz informasiyanı nə mənim haqqımda, nə də mövcud vəziyyətlə bağlı qətiyyən verməyin!

Mən könüllü olaraq qeydiyyatdan keçmişəm.Ancaq sözügedən bölgədə və yaxud başqa döyüş gedən bölgələrdə döyüşlərdə deyiləm.

Bir daha saytlarımızdan xahiş edirəm ki, bölgə, ərazi adları çəkməyin!

Ümumiyyətlə Müdafiə Nazirliyinin tez-tez və dəqiq verdiyi xəbərləri gözləyin.

Qələbə Azərbaycanındır!

Yaşasın şanlı və qüdrətli ordumuz! "

AYTƏN


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 15370   Tarix: 01 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş