Ermənilərin Tərtərə atdığı top mərmisi mülki avtomobilə ziyan vurdu - FOTO
Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.
Big.az xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Oktyabrın 1-i saat 8:30 radələrində düşmənin növbəti dəfə atdığı top mərmilərindən ikisinin Tərtər şəhər avtovağzalına düşməsi nəticəsində rayon sakini Yavər Sadıqovun "Opel" markalı avtomobilinə də ziyan dəyib.
Y.Sadıqov "Report"un əməkdaşına bildirib ki, hadisə zamanı avtomobilin içərisində olmayıb: "Biz top mərmisinin düşdüyü ərazinin yaxınlığında yerləşən çayxanada idik".
Qeyd edək ki, işğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 01.10.2020-ci il tarixdə saat 09 radələrində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olub, avtovağzala ciddi ziyan dəyib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanılıb.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 1105 Tarix: 01 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşSədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"
"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü
24.04.2024 165 Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)
Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu
24.04.2024 476 Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO
Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:
24.04.2024 635 Bu ölkə də Fələstini dövlət kimi tanıdı
Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik
24.04.2024 178 Fatimə dəyişib belə oldu - FOTOlar
Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib
24.04.2024 726 Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb
24.04.2024 205 Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi
24.04.2024 174 İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib
İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı
24.04.2024 126 Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas
24.04.2024 876