Millimizin sabiq hücumçusundan Ordumuza dəstək

Millimizin sabiq hücumçusundan Ordumuza dəstəkAzərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev son vaxtlar cəbhə xəttində baş verən hadisələrə biganə qalmayıb.

Big.az "Report"a istinadən xəbər verir ki, veteran hücumçu "Facebook" səhifəsində paylaşım edərək Ordumuza dəstək olub.

Paylaşımda bu sözlər yazılıb: "Biz hamımız birləşərək, bir nöqtəyə vuraraq, Azərbaycanın işğal edilmiş torpaqlarını erməni faşistlərindən azad edəcəyik"!

Qeyd edək ki, Azərbaycan millisində 35 oyun keçirmiş Vadim Vasilyev 2 qol vurub. O, karyerası ərzində "Neftçi", "Qarabağ", "Bakı", "Olimpik" və "Karvan" kimi komandaların da formasını geyinib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 460   Tarix: 01 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş