Yapon müğənni Azərbaycana DƏSTƏK VERDİ

Yapon müğənni Azərbaycana DƏSTƏK VERDİYapon müğənni Kyoko Yamamoto "Facebook" sosial şəbəkəsində Azərbaycana dəstək nümayiş etdirib.

Bu barədə BiG.AZ-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumata verilib.

"İlk dəfə Azərbaycana 2014-də getmişəm və Nar bayramında iştirak etmişəm. Mən nar şirəsinin eksportuna başlamaq, narı bir simvol kimi tanıtdırmaq istəyirdim.

2018-ci ildə yenidən Azərbaycana getmişəm və Heydər Əliyevin anım mərasimində iştirak etmişəm. Azərbaycan ərazicə böyük olmasa da, böyük ürəyə sahibdir. Azərbaycanın musiqisinə, mədəniyyətinə aşiqəm. Arzu edirəm ki, Azərbaycana sülh qayıtsın. Yaşa, Yaşa, Azərbaycan!", - müğənni bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1095   Tarix: 01 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş