Baş Prokurorluq mülki şəxsin ölümü ilə bağlı məlumat yaydı

Baş Prokurorluq mülki şəxsin ölümü ilə bağlı məlumat yaydıBaş Prokurorluq cəbhədəki vəziyyətlə bağlı növbəti açıqlama yayıb.

BiG.AZ xəbər verir ki, həmin məlumatda deyilir:

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 01.10.2020-ci il tarixdə saat 09 radələrində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-ci il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olmuş, avtovağzala ciddi ziyan dəyib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 701   Tarix: 01 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18.04.2024 361
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 609
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 477
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 444
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18.04.2024 404
.

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli v

18.04.2024 273
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 343
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 275
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 298