Ermənistanın SU-25 qırıcısı dağa belə çırpıldı – VİDEO

Ermənistanın SU-25 qırıcısı dağa belə çırpıldı – VİDEOErmənistan Silahlı Qüvvələrinə məxsus SU-25 qırıcısı dağa çırpılıb.

BiG.AZ xəbər verir ki, Türkiyənin "A haber" kanalının bölgədə olan jurnalistlərinin kameralarına tuş gələn görüntülərdə dağa çırpılan Ermənistan qırıcısından paraşütlə tullanan erməni hərbçisi görüntülənib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bildirdiyinə görə, sentyabrın 29-da Ermənistanın ərazisində iki "Su-25" tipli təyyarə havaya qalxıb:

"Hər iki təyyarə dağa dəyərək partlayıb və məhv olub. Bu da onu göstərir ki, Ermənistanın hərbi rəhbərliyi öz vətəndaşlarına, ictimaiyyətinə düzgün məlumat vermir. Yaxşı olardı ki, Ermənistanın hərbi rəhbərliyi ikinci təyyarə və onun pilotu barədə də məlumat verərdi, nəinki başqa hansısa tərəfləri ittiham edərdi.

Ermənistanın guya münaqişədə üçüncü tərəfin iştirak etməsi barədə açıqlamaları tamamilə cəfəngdir və bunun heç bir əsası yoxdur. Bu, Ermənistanın diqqəti özünün təcavüzkar siyasətindən yayındırmaq cəhdlərindən başqa bir şey deyil. Ona görə də Ermənistanın ərazisindən iki ədəd "Su-25" təyyarəsini hansı məqsədlə qalxması və hansı şəraitdə dağa çırpılaraq partlaması, pilotların həlak olması məsələsini araşdıraraq Ermənistan ictimaiyyətinə məlumat vermələrini tövsiyə edirik".

Sözügedən görüntüləri təqdim edirik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 47333   Tarix: 30 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş