Evli qonşusunu hamilə qoyan kişini belə döydülər - VİDEO - FOTO

Evli qonşusunu hamilə qoyan kişini belə döydülər - VİDEO - FOTOBir neçə gün əvvəl Türkiyənin ATV kanalında Esra Erolun aparıcılığı ilə yayımlanan verilişdə kişinin qonşusunu hamilə qoyması barədə məlumat vermişdik.

Milli.Az haberler-ə istinadla bildirir ki, verilişdən sonra qonşusunun arvadını hamilə qoyan Cengiz Koraltan vəhşicəsinə döyülüb. O, Aydın vilayətinin Nazilli mahalında 8-9 nəfərlik qrupun hücumuna məruz qalıb. Döyülən Cengiz xəstəxanaya yatırılıb, məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, sentyabr ayının 25-də Esra Erolun aparıcılıq etdiyi verilişin canlı yayımında özündən 28 yaş böyük qonşusuyla gizli eşq yaşayan qadın DNT testinin nəticələrini öyrənərkən sevinməsi ilə diqqət çəkib.

Uşağının atasının qonşusu olduğunu öyrənərkən səsli şəkildə "Çox şükür, əlhəmdülillah" deyən Esra Karakuş adlı qadın bütün diqqətləri öz üzərinə toplayıb. Onun əri vəziyyətdən şoka düşdüyü anda qadının reaksiyası maraq doğurub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 11584   Tarix: 30 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş