Ermənilər bu dəfə də aparıcımızı "ÖZƏLLƏŞDİRDİLƏR"- FOTO - xeberler

Ermənilər bu dəfə də aparıcımızı "ÖZƏLLƏŞDİRDİLƏR"- FOTO

Ermənilər bu dəfə də aparıcımızı "ÖZƏLLƏŞDİRDİLƏR"- FOTOErmənilərin yeni yalanı ifşa olundu.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, rus saytları və ermənilərin sosial şəbəkələrdə yayılan daha bir "fake" məlumatında bir neçə gün öncə xalqımıza cəbhədən gələn sevindirici qələbə xəbərini çatdıran İTV-nin xəbər aparıcısı Jalə Həsənlinin Ermənistanın İctimai televiziyasının aparıcısı olduğu irəli sürülüb.

Yalan məlumatda bildirilib ki, erməni aparıcı Qarabağ ətrafındakı münaqişə zamanı ölənlərin siyahısını oxuyarkən göz yaşlarına hakim ola bilməyib.

Sosial şəbəkələrdə yer alan erməni paylaşımı gülüşə səbəb olub.

Qeyd edək ki, Azərbaycanın İctimai televiziyasının aparıcısı Jalə Həsənli işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlərin düşməndən azad olunması xəbərini izləyicilərə çatdırarkən göz yaşlarını saxlaya bilməyib.

Ermənilər bu dəfə də aparıcımızı "ÖZƏLLƏŞDİRDİLƏR"- FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 28275   Tarix: 30 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş