"Reuters" ermənilərin yalanını ifşa etdi

"Reuters" ermənilərin yalanını ifşa etdiSosial şəbəkədə vurulan helikopter görüntüləri Azərbaycana aid deyil.

Big.az "Report"a istinadən xəbər verir ki, bu barədə nüfuzlu "Reuters" agentliyi yazıb.

Qeyd olunub ki, "Twitter" və "Facebook"da yayılan video böyük müzakirələrə səbəb olub. Belə ki, hər iki sosial şəbəkədə yayılan videodakı helikopterin Azərbaycana məxsus olduğu iddia olunub.

Agentlik məlumatın saxta olduğunu və həmin görüntülər bu ilin fevralında Suriyanın Nayrab şəhərində qeydə alındığını vurğulayıb.

Xatırladaq ki, iyul döyüşləri zamanı Almaniyanın araşdırmaçı jurnalisti Yulian Röpke də Azərbaycan Ordusuna aid pilotsuz uçan aparatların (PUA) guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoçarxın saxta olduğunu üzə çıxarmışdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4054   Tarix: 29 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş