Futbol ulduzundan Azərbaycana DƏSTƏK

Futbol ulduzundan Azərbaycana DƏSTƏK"Səbail"in sabiq futbolçusu Maykl Essyen cəbhədə baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub.

BiG.AZ Sportline.az-a istinadən xəbər verir ki, hazırda Danimarkanın "Norşellan" klubunda məşqçi kimi çalışan sabiq yarımmüdafiəçi "Instagram" hesabından paylaşım edib.

Qana millisinin keçmiş üzvü "Pray for Azerbaijan" ("Dualarım Azərbaycan üçündür"), "Karabakh is Azerbaijan" ("Qarabağ" - Azərbaycandır") yazılan Azərbaycan bayrağını paylaşıb.

Qeyd edək ki, Maykl Esyen "Səbail"də 2019-cu ilin martından çıxış edib. O, 2019/2020 mövsümünün sonunda komandadan ayrılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2123   Tarix: 29 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş