ABŞ-da yaşayan azərbaycanlıdan Qarabağa dəstək yürüşü - VİDEO

ABŞ-da yaşayan azərbaycanlıdan Qarabağa dəstək yürüşü - VİDEOABŞ-da yaşayan azərbaycanlı iş adamı Azərbaycana dəstək yürüşü edib.

BiG.AZ xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Diaspor komitəsindən məlumat verilib.

Bildirilib ki, ABŞ-ın Nyu-York ştatında yaşayan iş adamı Nofəl Əliyev Massaçusets ştatının Boston şəhərinin küçələrində üzərində "Mən Azərbaycandanam və mənim ərazilərimin 20 faizi Ermənistan dövləti tərəfindən işğal olunub" yazısı olan və led ekran quraşdırılan maşınla dolaşıb.

Onu da qeyd edək ki, həmyerlimiz N.Əliyev iyul hadisələri zamanı da Nyu-York ştatında Times Square meydanında "Qarabağ Azərbaycandır" yazısı əks olunmuş led ekran quraşdırılmış yük maşını ilə şəhərin mərkəzində hərəkət edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1359   Tarix: 29 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş