"BMT-yə sual vermək lazımdır ki, bəs 4 qətnamənin icrası harda qaldı?"- Politoloq

"BMT-yə sual vermək lazımdır ki, bəs 4 qətnamənin icrası harda qaldı?"- PolitoloqXəbər verdiyimiz kimi, bu gün Qarabağa görə BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.

BMT Təhlükəsizlik Şurası (TŞ) Dağlıq Qarabağdakı vəziyyətlə bağlı çərşənbə axşamı təcili müzakirə keçirməyi planlaşdırır.

Bu barədə bazar ertəsi "TASS"a qurumdakı mənbədən məlumat verilib.

Hazırda Ermənistan- Azərbaycan arasında hərbi münaqişə, döyüşlər davam edir.

Keçirilən növbəti iclasda torpaqlarımızın düşmən tapdağından azad olunması ilə bağlı danışıqlar hər kəsin maraq dairəsindədir. BMT-nin illərdir sözdə olan, amma əməldə olmayan qətnamələri və gedən münaqişə nə ilə nəticələnəcək?

BiG.AZ xəbər verir ki, Sonxeber.az-a bununla bağlı politoloq Nəzakət Məmmədova danışıb:

"BMT-nin toplantısı Almaniya və Fransanın təşəbbüsü ilə baş tutmalıdır. Bu Azərbaycan üçün yaxşı nəsə vəd etmir. Çünki Fransa həmsədr dövlətdir və o dövlətlərdəndir ki, Ermənistanı dəstəkləyir.

Bu müddətdə Azərbaycan prezidenti heç bir dövlət başçısına zəng vurmadı. Yalnız telefon diplomatiyası ilə hay- küy salan Ermənistan oldu. Bildiyiniz kimi Ermənistanın baş naziri Paşinyan Rusiyanın prezidenti Putinə zəng etdi. Telefon danışığı Paşinyanın təşəbbüsü ilə baş tutub.

Rusiyanın hər iki tərəflə münasibəti var deyə hazırda sözügedən münaqişəyə qarışmaq istəmir. Deyilənə görə Putin Rusiyanın bu münaqişəyə qarışa bilməyəcəyi cavabını verib.
Əgər münaqişə Ermənistanın sərhədləri daxilində baş versəydi o zaman Rusiya kollektiv təhlükəsizlik müqaviləsinin öhdəliklərinə uyğun olaraq müttəfiqini müdafiə etmək üçün kömək edə bilərdi.

Rusiyanın gedən müharibənin nəticələrinə qarışması bizim zərərimizədir.

Rusiya nə deyəcək ki? Deyəcək ki, əməliyyatları dayandırın, danışıqlar masasına əyləşin. Bu danışıqlar da 30 ildir ki, davam edir, amma nəticəsi yoxdur.

Üstünlük Azərbaycanın tərəfindədir. Fövqaladə toplantı Almaniya və Fransanın bildiyimiz kimi təşəbbüsü ilə başlayır. Hər halda yığışıb qınayacaqlar, hərbi əməliyyatların dayandırılmasını tələb edəcəklər. BMT dünya ictimaiyyətinin narahat olduğunu, insan itkisi yolverilməzdir deyib hərbi münaqişənin dayanıdırılmasını deyəcək. Orda BMT-yə sual vermək lazımdır ki, bəs sənin 4 qətnamənin icrası harda qaldı?

Burda məsələnin pərdə arxası tərəfinin Fransa və Almaniyanın əl-ayağa düşməsi və Rusiyanın qarışmamasıdır. Onları narahat edən Türkiyənin bu məsələdə iştirakıdır. Fransa və Almaniya dünyanın bir çox bölgələrində xüsusən də Yaxın Şərqdə Türkiyə ilə qarşılıqlı ziddiyyətdədirlər. Türkiyənin qələbə və üstünlüyü həmin iki dövləti narahat edir. Ona görə də onlar fürsətdən istifadə edib

Türkiyəni işə qarışdırmaq, adını hallandırmaq isəyirlər. Bu dövlətlərin bir sözü var. Kənar dövlətlərin bu məsələyə müdaxiləsi yolverilməzdir. Burada Türkiyə nəzərdə tutulur.
Həmin ölkələri narahat edən məqam Azərbaycan ərazisində olan münaqişələr deyil, Türkiyənin iştirakıdır. Onlar düşünür ki, biz qələbə çalsaq, Türkiyənin rolu daha da artacaq.

Ermənistanın təcavüzü qalır kənarda, onlar deyir ki, üçüncü tərəf regiondan çəkilməlidir, kənar dövlətlərin müdaxiləsi daha da ağır nəticələrə gətirib çıxara bilər. Həmin dövlətlər burada Türkiyəni nəzərdə tuturlar.

Sözügedən ölkələr istəyir ki, danışıqlar adı ilə torpaqlar qalsın Erməsnitanda, yalançı danışıq adıyla 30 ildə proseslər getsin. Axırda da torpaqları özəlləşdirib Ermənistanın etsinlər.

Yaxın Şərqdə rəqabət və Türkiyənin artan gücünə qarşı qısqanclıq hissləri var. Digər variant odur ki, Fransa və Almaniya Rusiya ilə birlikdə "Şimal axını 2" layihəsinə qarşı dururlar. Hansı ki, bu layihəni Amerika dəstəkləyir.

Rusiya öz təbii qazını Avropaya göndərir, Avropada da bunu Fransa və Almaniya qəbul edir. Bütün Avropa ölkələri bununla da enerji sahəsində Rusiyadan asılı olur. Amerika isə bunu istəmir. Yəni Rusiyanın Avropadakı enerji monopoliyasını istəmir. Məhz bu addıma qarşılıq olaraq Amerika Azərbaycan və Türkiyə ilə bir yerdə "Cənub Qaz Dəhlizi" layihəsini dəstəklədi.

Fransa və Almaniya Türkiyəyə qarşı bu məsələdə çox neqativ münasibət gösərirlər. Çünki sözügedən layihəyə qarşılıq olaraq alternativ enerji layihəsi irəli sürülüb. BMT- də də məsələ bununla bağlıdır. Necə olur ki, işğalçıya qarşı BMT- də Ermənistana qarşı toplantı keçirilmir, ammaAzərbaycan öz haqqını müdafiə etməyə qalxanda dərhal əl-ayağa düşürlər?

Bununla da həmin ölkələrin əsas məqsədləri Ermənistanı müdafiə etmək, Türkiyənin regionda artan nüfuzunun qarşısını almaqdır.

Qələbə bizimlə olar. Əsas odur ki, axıra qədər getsinlər. BMT- nin gücü dünyada azalıb. Kim regionda güclü dövlətdirsə, sözügedən təşkilatı saymır.

Özləri yaxşı bilirlər ki, bu bizim torpaqlarımızdır. Buna nə deyə bilərlər? İstənilən halda qətnamə artıq ədalətsizdir. Azərbaycanı diplomatiyasının üzərinə çox yük düşür. Böyük dövlətlərin maraqları da əsasdır. Amerikanın marağı varsa veto qoyacaq, lazım deyilsə qoymayacaq. Daimi üzvlərin özlərinin məqsədləri də də maraqlar üzərində qurulub".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2066   Tarix: 29 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22.04.2024 349
.

Mələkxanım Eyubovanın qızının toyundan ilk görüntülər -VİDEO

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. -ın məlumatına görə, müğənni Mərdan Kazımovla ailə quran Nəzrin toy çəkilişindən ilk görüntüləri sosial media hesabında paylaşıb. Videoda Mərdan "Sənə də qalmaz" mahnısını ifa edib. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötə

22.04.2024 1026
.

"Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistana qarşı apardığımız mübarizədə qələbə qazandıq"-POLİTOLOQ

"Ermənistanın Tavuş bölgəsi ilə həmsərhəd Qazax rayonuna aid edilən 4 məlum kəndin Azərbaycana qaytarılması haqqında əldə edilmiş razılıqlar tərəflər arasında demarkasiya məsələlərinin həllində ilk ciddi uğurdur və bu uğura görə Azərbaycan heç şübhəsiz ki, son 20 ildə onun dövlət idarəediciliy

22.04.2024 226
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

12:14 133
.

"Qardaşım ağır xəstədir, deyir mənə bir şey olsa..." - VİDEO

"Qardaşım "Dialez" xəstəsidir. Onlara da mən baxıram, mən dolandırıram". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgənbdərli "Space star" verilişinə açıqlamasında deyib. Sənətçi qardaşının xəstəliyindən danışaraq göz yaşlarına boğulub:

22.04.2024 487
.

"Aldığın hədiyyədən, ailəndən bizə nə?" - Nazpəri

"Hər xanım öz şəxsiyyətini düşünməlidir. Xanım həyatında kimlərsə, nələrsə varsa, bacardığı qədər münasibəti gizli saxlasın. Qadın nə qədər gizli olsa, nə qədər şəxsi həyatında olan, hətta ailsəi ilə münasibəti gizli saxlasa yaxşıdır. Onlar xalqı maraqlandırmır. Şəxsiyyətini qoruyan qadın özün

22.04.2024 592
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 267
.

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məlumatı onun vəkili Bəhruz Bayramov da təsdiq edib

22.04.2024 450
.

Nigeriyada atışmalarda 21 nəfər öldü

Nigeriyanın Plateau ştatında yerli əhaliyə qarşı hücumlar olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 21 nəfər ölüb. Hücumun fermerlərə qarşı olduğu bildirilib. Gənclər Hərəkatının milli sədri Sunday Dankaka müxbirlərə bildirib ki, hücum ştatın Manqu və Kuru vilayətlərində qeydə alınıb. Hücumlard

22.04.2024 190