Məşhur əməkdar artist də əsgər oldu - Ağdamda xidmət edir - FOTO

Məşhur əməkdar artist də əsgər oldu - Ağdamda xidmət edir - FOTOTanınmış xanəndə, əməkdar artist İlkin Əhmədov da cəbhəyə yollanıb. BiG.AZ xəbər verir ki, bu barədə "Ölkə.Az"-a Əhmədov özü məlumat verib. Xanəndə əməkdaşımızla söhbət zamanı bildirib ki, hazırda Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edir:

"Dünən mənə xanəndə kimi ehtiyac var idi, amma bu gün əsgərəm. Cənab Prezidentin məlum çağırışından sonra cəbhəyə yazılmışdım və hazırda əsgər kimi Ağdam bölgəsində xidmət edirəm".

Qeyd edək ki, əməkdar artist Prezident İlham Əliyevin çağırışından sonra döyüşmək üçün orduya yazılmışdı.

Məşhur əməkdar artist də əsgər oldu - Ağdamda xidmət edir - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 21937   Tarix: 29 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş