Afaq Bəşirqızı: "İnanıram ki, qələbə sorağımız KƏLBƏCƏRDƏN, ŞUŞADAN, LAÇINDAN gələcək"

Afaq Bəşirqızı: "İnanıram ki, qələbə sorağımız KƏLBƏCƏRDƏN, ŞUŞADAN, LAÇINDAN gələcək"Xəbər verdiyimiz kimi Füzuli-Cərbayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib.Bundan başqa, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Bu xəbər illərdir ki, azadlığını arzuladığımız,erməni işğalında olan Qarabağ boyda yaramıza məlhəm oldu sanki.

"Bütün Azərbaycan xalqı, analar, bacılar sizə dua edir, mənim balalarım. Allahdan arzu edirik ki, sizə güc versin.

Bu sözləri BiG.AZ-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib.

Sənətkar əlavə etdi ki, "inanıram ki, qələbə sorağımız Kəlbəcərdən, Şuşadan, Laçından gələcək.O gün, bu gündür və sabahdır.Qələbə bizimlədir! Mən inanıram ki, bizim haqq işimizdə, Allah özü bizə kömək olacaq.

Böyük məmnuniyyətlə gedə rəm müharibəyə.

Hamımız qələbə əhval-ruhiyyəsində olduğumuz üçün, deyə bilərəm ki, hamılıqla cəbhəyə getməyə hazırıq.
Şəhid analarına demək istəyirəm ki,başınız sağ olsun, kədərlənməyin. Siz ali dərəcəyə yüksəldiniz.

Çünki, övladınız torpaq, qeyrət üstündə və namus üstündə şəhid olub.
Amma Erməni analarına deyirəm ki, sənin oğlun mənim Vətənimə hansısa bir təcavüzkarın keyfinə, iştahına görə hücuma keçib. Al uşağının qarşısını!
Sən övladını onun bəhrəsini görmək üçün böyütmüsən, kiminsə halal malına sahib çıxmaq üstündə öldürülmək üçün yox!

Unutma sənin uşağın heç vaxt şəhid ola bilməz. Çünki siz, tarix məhkəməsindən qurtula bilməyəcəksiz!.

AYTƏN


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1170   Tarix: 28 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş