Faiq Ağayev: ""Marş-Çağırış"da oxuduğum gerçək oldu"

Faiq Ağayev: ""Marş-Çağırış"da oxuduğum gerçək oldu"Fəxrdən, sevincdən qəhər boğur məni. Ürəyim dağ boydadır! 2014-də yazdırdığım "Marş-Çağırış"da oxuduğum gerçək oldu! Murov zirvəsi artıq bizimdir!

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qeyd edib. O, sentyabrın 27-dən 28-nə keçən gecə Füzuli rayonu istiqamətində intensiv döyüşlərdə Azərbaycan Ordusunun qazandığı qələbələr barədə təəssüratlarını bölüşüb:

"Allah Qarabağı işğaldan azad edən şəhidlərimizi sevgi ilə qəbul etsin dərgahına! Var olsun şanlı Azərbaycan Ordusu! İradə, qətiyyət və cəsarətiniz üçün, bizi zəfər xəbərləri ilə sevindirdiyinizə görə minnətdarıq sizə, Cənab Ali Baş Komandanımız! Yaşasın bütöv Azərbaycan!".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1977   Tarix: 28 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş