"Şükürlər olsun ki, bu hadisə baş verdi..." - Rasim Balayev

"Şükürlər olsun ki, bu hadisə baş verdi..." - Rasim Balayev"Baş verən hadisələr qürurvericidir. Hamımız narahat idik. Həmişə deyilirdi ki, bizim gücümüz var, lazım gələrsə torpaqlarımızı alacağıq. Biz də düşünürdük ki, vaxt nə zaman gələcək. Prezidentimiz hamıdan ağıllıdır. O, bilirmiş ki, nə vaxt lazımdır. Bütün dünyaya elan edəndən sonra ki, vəziyyət belədir Prezidentimiz əmr verdi ki, əks hücum edilsin. Çox qürurvericidir."

Bu sözləri xalq artisti Rasim Balayev ölkəmizdəki vəziyyətlə bağlı BiG.AZ-a açıqlamasında deyib.

Xalq artisti əlavə edib ki, bizim başqa torpaqlarda gözümüz yoxdur, öz torpaqlarımızı müdafiə edirik:

"Mən şəxsən Qarabağ işğal ediləndən özümü normal adam hesab edə bilmirdim. Hər yerdə bizi başıaşağı, qorxaq millət kimi qələmə verirdilər. Çox şükürlər olsun bu hadisə baş verdi. Allah qoysa biz qələbə qazanacağıq. Bizim işimiz haqq işidir. Çünki öz torpaqlarımı qaytarırırq. Prezidentimiz demişkən, bizim başqasının torpağında gözümüz yoxdur. Öz torpağımızı müdafiə edirik, edəcəyik".
Samirə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2155   Tarix: 28 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş