Azərbaycanın XİN rəhbəri Türkiyəyə təşəkkür etdi

Azərbaycanın XİN rəhbəri Türkiyəyə təşəkkür etdi"Türkiyə Azərbaycanın haqlı mövqeyinə açıq, birmənalı dəstək göstərib. Buna görə qardaş ölkəyə təşəkkür edirik".

BiG.AZ xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov xarici ölkələrin Azərbaycandakı səfirləri ilə keçirilən görüşdə deyib.

O bildirib ki, cəbhədə yaranmış vəziyyətlə əlaqədar bir çox ölkələrlə telefon danışıqları aparılıb.

C.Bayramov həmin danışıqlar barədə əlavə məlumatlar veriləcəyini də deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 580   Tarix: 28 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş