Fərid Şəfiyev: "Diplomatik danışıqlar Ermənistan tərəfindən dayandırılıb"

Fərid Şəfiyev: "Diplomatik danışıqlar Ermənistan tərəfindən dayandırılıb""Məlum olduğu kimi, sentyabrın 27-si səhər saatlarında Ermənistan hərbi qüvvələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan mövqelərinə hücuma keçib. Hazırda Azərbaycan tərəfi məcburən əks tədbirlər görməkdədir. Ermənistanın bu yeni hücumu ölkənin yeni hərbi doktrinası olan "yeni ərazilər uğrunda yeni müharibə" şüarından irəli gəlir. Bunu açıq-aşkar Ermənistanın müdafiə naziri David Tanoyan da 2019-cu ilin martında Nyu-Yorkda çıxışı zamanı bəyan edib".

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan silahlı qüvvələrinin törətdiyi son təxribatları şərh edərkən deyib.

"Son 2 il ərzində Ermənistanın yeni rəhbərliyi verdiyi ilkin vədlərə baxmayaraq mütəmadi olaraq diplomatik müstəvidə təxribatlara əl ataraq danışıqlar prosesinə son qoyub. 2019-cu il avqustun 5-də Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bəyan edib. Artıq həmin ilin sentyabrında tərəfimizdən ölkələrin post-danışıqlar dövrünə qədəm qoyduğu açıqlanıb. Buna sübut olaraq, qeyd edə bilərik ki, 2020-ci ilin mart-aprel aylarında Ermənistan Xarici İşlər Nazirliyi danışıqlar prosesində hər hansı sənədin olmadığını bəyan edib. Faktiki olaraq, bununla da son 13 ildə Madrid Prinsipləri üzərində aparılan danışıqlar iflasa uğrayıb. Qeyd etmək yerinə düşər ki, ilk dəfə Madrid Prinsipləri 2007-ci ildə açıqlanıb.

Beləliklə, diplomatik danışıqlar yolu Ermənistan tərəfindən dayandırılıb və məhz bu ölkənin təxribatı nəticəsində hazırda yalnız hərbi müstəvi mövcuddur. Ölkə başçısı İlham Əliyevin bu günki təxribatla bağlı xalqa müraciətində qeyd etdiyi kimi, Ermənistanın bu təxribatı Azərbaycan tərəfindən tutarlı şəkildə cavablandırılacaq", o bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1525   Tarix: 27 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814