Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi - RƏSMİ + SİYAHI - xeberler

Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi - RƏSMİ + SİYAHI

Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi - RƏSMİ + SİYAHIAzərbaycan ordusu bir sıra əraziləri işğaldan azad edib.

Oxu.Az-ın Müdafiə Nazirliyinin brifinqindəki müxbirinin məlumatına görə, bunu nazirliyin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

Qeyd edilib ki, işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlər azad olunub.

Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib.

Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsində hündürlüklərində yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 12022   Tarix: 27 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş