QHT rəhbərləri üç ölkənin prezidentinə müraciət etdi - xeberler

QHT rəhbərləri üç ölkənin prezidentinə müraciət etdi

QHT rəhbərləri üç ölkənin prezidentinə müraciət etdi"İctimai Liderlər Platforması" Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin liderləri: ABŞ-ın prezidenti Donald Tramp, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Fransa Respublikasının prezidenti Emanuel Makrona müraciət edib.

"Report"a daxil olan müraciətdə deyilir:

"27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlamışdı. Ermənistanın bütün cəbhə boyu təşkil etdiyi hərbi təcavüz nəticəsində Azərbaycan ordusunun əsgərləri və cəbhəyanı ərazilərdə yaşayış məntəqələri və mülki əhali hədəfə alınmışdır. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barəsində məlumatlar vardır, vətandaşların mülkiyyətinə ciddi ziyan dəymişdir.

Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır.

Ermənistan hərbi-siyasi rəhbərliyinin uzun müdddət hazırlaşdığı və bu gün başlatdığı Azərbaycana qarşı hücumu hazırda bütün cəbhə boyu davam edir. Bu beynəlxalq hüququn ayaqlar altına atılması və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır.

Əgər bu ilin iyul təcavüzünə görə işğalçı Ermənistanın qanunsuz əməllərinə beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Human Right Watch, Amnesty İnternational, Freedom House və digərləri tərəfindən adekvat qiymət verilsəyidi və təcavüzkar cəzalandırılsaydı, indi biz Ermənistanın növbəti təcavüzünün şahidi olmazdıq.

Buna görə də, biz, bu bəyanata imza atan, siyasi mövqeyindən asılı olmayaraq Azərbaycanın bütün qeyri-hökumət təşkilataları sizlərə müraciət edir və Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü qəti şəkildə pisləməyə, Ermənistanın yeni işğal niyyətini durdurmaq üçün təsirli addımlar atmağa və təcavüzkarı cəzalandırmağa çağırırıq.

Ermənistanın müharibə cinayətlərinin davam etməsinə, Azərbaycana qarşı başladığı yeni hərbi təcavüzə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələrini yerinə yetirmədiyinə görə beynəlxalq ictimaiyyət və sizlər də məsuliyyət daşıyırsınız.

Azərbaycanın "İctimai Liderlər Platforması"nın üzvləri:

1. Rauf Zeyni Milli Qeyri-Hökumət Təşkilatları Forumu

2. Sabit Bağırov Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

3. Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondu

4. Əliməmməd Nuriyev Konstitusiya Araşdırmalar Fondu

5. Sahib Məmmədov Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası

6. NovelaCəfərova D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti

7. Səadət Bənənyarlı "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi

8. Səltənət Qocamanlı İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi

9. Qorxmaz İbrahimli Biosfer İctimai Birliyi

10. Əvəz Həsənov Humanitar Tədqiqatlar İctimai Birliyi

11. Əziz Ələkbərov Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi

12. İsrayıl İsgəndərov "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi

13. Vüqar Bayramov İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi

14. Çingiz Qənizadə Demokratiya və İnsan Hüquqlari Komitəsi

15. Məhərrəm Zülfüqarlı İctimai Problemlərin Tədqiqi Assosiasiyası

16. Kamil Səlimov "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi

17. Fuad Məmmədov "Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası"

18. Eyyub Hüseynov "Azad İstehlakçılar" İctimai Birliyi

19. Tənzilə Rüstəmxanlı Azəri Türk Qadinlar Birliyi

20. Mirvari Qəhrəmanova Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi

21. Şəmistan Əlizamanlı "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi

22. Akif Nağı Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi

23. Osman Gündüz Multimediya Sistemləri İctimai Birliyi

24. Mayis Əliyev Sosial Hüquqların Araşdırılması

25. İradə Rizazadə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi

26. Bahar Qasımova "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi

27. Məlahət İbrahimqızı "Lider Qadınlar" İctimai Birliyi

28. Fizüli Rzaquliyev Vətən Müharibəsi Veteranları İctimai Birliyi

29. Mehdi Mehdiyev Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi

30. Mehriban Zeynalova Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi

31. Əhməd Abbasbəyli "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi

32. Nəsiman Yaqublu Tarix və Mətbuat Araşdırmalarına Dəstək

33. Şahin Rəcəbov "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi

34. Aydın Əbilov "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi

35. Fikrət Yusifov Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi

36. Elçin Hüseynov "Azərbaycan Yazarlar Klubu" İctimai Birliyi

37. Aydın Kərimov Müstəqil Hüquq Mərkəzi

38. Əhməd Qəşəmoğlu Tərəqqi və Demokratiya İctimai Birliy

39. Hafiz Həsənov Hüquq və İnkişaf İctimai Birliyi

40. Mirəli Hüseynov Demokratiyanı Öyrənmə İctimai Birliyi

41. Şəmsəddin Əliyev Polisə Dəstək İctimai Birliyi

42. Asif Əsgərli Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı

43. Emin Həsənli Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi

44. İlqar Orucov Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3171   Tarix: 27 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş