Tərtərdə zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib - xeberler

Tərtərdə zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib

Tərtərdə zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilibŞəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.

"Report" xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib, ekipaj üzvləri xüsusi peşəkarlıqla öz ərazimizə endirilib, canlı itki yoxdur

"Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8891   Tarix: 27 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş